«Parabank»ın «Əzizbəyov» filialı bundan sonra «Mərkəz» filialı adlanacaq

«Parabank»ın «Əzizbəyov» filialı bundan sonra «Mərkəz» filialı adlanacaq
# 14 iyul 2010 14:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “Parabank” ASC-nin Bakı şəhəri, Füzuli küçəsi,65/67 ünvanında yerləşən “Əzizbəyov” fililalının adı dəyişərək “Mərkəz” filialı adlandırılıb.

Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, 1991-ci ildə kommersiya bankı kimi yaradılan, 1993-cü ildən Açıq Səhmdar Kommersiya Bankı kimi fəaliyyət göstərən “Parabank” Azərbaycandakı banklar arasında geniş filiallar şəbəkəsinə malik olan banklardan biridir.

Filial fiziki və hüquqi şəxslərə hesablaşma-kassa, kreditlər, depozitlər, plastik kartlar, mobil rabitə xidmətlərinin ödənişi və digər müxtəlif bank xidmətləri göstərir. Eyni zamanda «VISA» plastik kartları, «Western Union», «PrivatMoney», CMT (Caspian Money Transfer), «Bıstraya Poçta», «Azia Express», «Zolotaya Korona» təcili pul köçürmələri üzrə geniş bank xidmətləri təqdim edir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 94,993 mln. manat, depozit portfeli 58,154 mln. manat, kredit portfeli 64,721 mln. manat, məcmu kapitalı 13,134 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,570 mln. manat olub. Hazırda bankın ölkə üzrə 18 filialı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR