Bank Of Baku

İstanbulda Quranın 1400 illiyinə həsr olunmuş sərgi keçiriləcək

İstanbulda Quranın 1400 illiyinə həsr olunmuş sərgi keçiriləcək
# 16 avqust 2010 08:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Türkiyə və İslam Mədəniyyətinin İstanbul Muzeyi Qurani-Kərimin 1 400 illiyinə həsr olunmuş unikal sərgi keçirəcək.

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sərgidə 250-dən artıq artefakt, o cümlədən 250 min səhifəsi olan Dəməşq sənədlərinin unikal nüsxəsi nümayiş olunacaq. Bununla yanaşı, sərgidə ilk dəfə olaraq dəri üzərində əl ilə yazılmış Quran göstəriləcək.

Sərgi sentyabrın 5-də – Qədr gecəsində işə başlayacaq və dekabrın 1-dək davam edəcək. Sərginin ilk günündə ziyarətçilərə 50-yə yaxın eksponat nüymayiş olunacaq ki, burada 875-876-cı illərin Quranı da mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR