Türkiyədə «Disneylend» tikiləcək

Türkiyədə «Disneylend» tikiləcək
# 16 avqust 2010 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Türkiyə hökuməti Ankarada «Disneylend» parkı inşa etmək niyyətindədir.

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hökumət bunun nəticəsində Ankarada yeni iş yerləri açacağını, o cümlədən hotellərin, biznes mərkəzlərinin bir qədər də canlanacağına ümid edir. «Disneylend» nəticəsində Ankaraya gələn turistlərin sayı ildə təxminən 6 mln. təşkil edəcəyi proqnozlaşdırılır.

Artıq bu ay ərzində «Disneylend»ın inşa olunacağı ərazi tender vasitəsilə satışa çıxarılacaq. Layihənin ümumi dəyəri təxminən 750 mln. ABŞ dolları təşkil edəcək.

Xatırladaq ki, «Disneylend» «Uolt Disney» şirkətinin dünyada tanınmış və gəlirli əyləncə parkıdır. Parkda şirkətin çəkdiyi cizgi filmləri və nağıllarının qəhrəmanları təsvir olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR