Dünyanın ən yaxşı çimərliklərinin siyahısı açıqlanıb
17 avqust 2010 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «National Geographic» jurnalı dünyanın 10 ən yaxşı çimərlik şəhərlərinin siyahısını dərc edib.
«APA-Economics»in məlumatına görə, reytinqdə birinci yerə Barselona (İspaniya) layiq görülüb. Şəhərin 8 çimərliyi, tarixi abidələri, gözəl mətbəxi və coşqun gecə həyatı çimərlik istirahətinə rəng qatır.
Siyahıda ikinci yerdə 20 çimərliyi olan Keyptaun (CAR) şəhəri qərarlaşıb ki, bu çimərliklərdə lüks tipli villalar, serfinq üçün imkanlar və s. mövcuddur.
Reytinqin üçüncü yerində isə Honolulu (Havai adaları) şəhəri, dörddə Nitsa (Fransa), beşdə Mayami (ABŞ) qərarlaşıb.
Bundan başqa, siyahıda Rio-de-Janeyro (Braziliya), Santa-Monika (ABŞ), Sidney (Avstraliya), Təl-Əviv (İsrail) və Vankuver (Kanada) şəhərləri də yer alıb.

Turizm
Azərbaycanda mehmanxanaların gəlirləri 32% artıb
12:14
30 aprel 2024
Azərbaycan mehmanxanalarında gecələmə sayı 42 % artıb
12:09
30 aprel 2024
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv olub
17:29
25 aprel 2024
Nazir: Azərbaycanla Macarıstan arasında uçuşların sayı məni təəccübləndirib
10:54
25 aprel 2024