Bank Of Baku

Türkiyədə komfortlu şəhərlərin siyahısı açıqlanıb

Türkiyədə komfortlu şəhərlərin siyahısı açıqlanıb
# 08 sentyabr 2010 12:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Türkiyədə yaşayış üçün daha komfortlu şəhərlərin siyahısı açıqlanıb.

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, «CNBC-e Business»ın apardığı araşdırmalara əsasən, Türkiyənin müxtəlif şəhərlərində yaşayış keyfiyyətinin təhlili 37 parametr üzrə aparılıb ki, bura iqtisadiyyat, sosial inkişaf, ekologiya, iqlim və s. daxil olub. Nəticədə siyahıda birinci yerdə İstanbul, ikinci yerdə Əskişəhər, üçüncü yerdə isə İsparta qərarlaşıb.

Buna baxmayaraq, Türkiyənin paytaxtı Ankara təhsilə görə birinci yeri tutub. Eyni zamanda Ankara iqtisadi inkişafa görə 2-ci, səhiyyə səviyyəsinə görə 9-cu, mədəniyyət sahəsinə görə 11-ci, təhlükəsizlik baxımından isə 21-ci yerlərdə qərarlaşıb.

Təhlükəsizlik üzrə Ankara yalnız cinayətkarlıq səviyyəsinə görə deyil, həmçinin seysmik regionda olduğuna görə siyahıda aşağı pillədə yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR