Bakıda Ümumdünya Turizm Günü ilə bağlı təqdimatlar keçiriləcək
27 sentyabr 2010 12:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 27 sentyabr - Ümumdünya Turizm günüdür. Artıq bir neçə ildir ki, bu gün ölkəmizdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan silsilə tədbirlərlə qeyd olunur. Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, sentyabrın 29-da dövlət qurumlarının, ölkəmizdə akkreditə olunmuş xarici səfirliklərin və turizm sənayesində aktiv fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin iştirakı ilə Bakı Biznes Mərkəzində müxtəlif təqdimatlar təşkil olunacaq. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnvestisiya və Texniki Proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov tərəfindən hazırda Qusarda inşa edilən Şahdağ qış-yay turizm kompleksi haqqında geniş təqdimat veriləcək. Fransanın “Mondeos” nəşriyyat evi tərəfindən hazırlanmış “Azərbaycanın Bələdçi Kitabı”nın, Böyük Britaniyanın “Hedonist Guide” şirkəti tərəfindən hazırlanmış “Bakı haqqında kataloq”un, “ERA Marketing Center” şirkətinin ölkə vətəndaşları arasında turizmlə bağlı keçirdiyi sorğu-müayinənin nəticələrinin, "Azərbaycanın yeni turist marşrutlarını kəşf edək" layihəsi çərçivəsində 3-5 sentyabr tarixində keçirilmiş Bakı-Quba-Şamaxı-Bakı istiqamətində avtosafarinin və I Milli Turizm mükafatının təqdim edilməsi mərasimləri də tədbirin proqramında yer alıb. Dünya Turizm Təşkilatının qərarına əsasən, bu il Dünya Turizm Gününün şüarı "Turizm və biomüxtəliflik"dir.
Turizm
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv olub
17:29
25 aprel 2024
Nazir: Azərbaycanla Macarıstan arasında uçuşların sayı məni təəccübləndirib
10:54
25 aprel 2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:28
25 aprel 2024
Bu il Azərbaycana gələn Qazaxıstan vətəndaşlarının sayı 135% artıb
17:29
24 aprel 2024