Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycanda kabab turizminin vaxtı keçib” - FOTO

Əbülfəs Qarayev: “Azərbaycanda kabab turizminin vaxtı keçib” - <font color=red>FOTO</font>
# 29 sentyabr 2010 16:46 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu il Azərbaycan 12 beynəlxalq turizm sərgisində iştirak edib, payızda London və Şanxayda keçiriləcək sərgilərdə iştirak nəzərdə tutulur. Nazir deyib ki, 2003-cü ildə Azərbaycanda 96 mehmanxana olduğu halda, bu ilin yay aylarında otellərin sayı 477-yə çatıb, hazırda ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı isə 209-dur: “Lisenziya müddəti bitən turizm şirkətlərinin fəaliyyəti dayandırılıb. Nazirlik lisenziya verilməsi qaydalarını gücləndirib. Bu il bir neçə şirkətin və mehmanxananın lisenziyasını ləğv etməyə məcbur olmuşuq”.

Ə. Qarayev turizm şirkətləri ilə mehmanxanalar arasında əlaqələrin zəif qurulmasından narazılığını ifadə edib. O, həmin obyektləri turistlərə daha yeni xidmətlər təqdim etməyə çağırıb: “Azərbaycanda kabab turizminin vaxtı keçib. İndi insanlar keyfiyyətli şəkildə istirahət etmək, əylənmək istəyirlər. Bunu təşkil etməyənlər yalnız özlərinə ziyan vururlar. Ona görə də bu sahədə işlərə diqqəti artırmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR