Bank Of Baku

Gürcüstan Şimali Qafqaz respublikalarının sakinləri üçün viza rejimini ləğv edir

Gürcüstan Şimali Qafqaz respublikalarının sakinləri üçün viza rejimini ləğv edir
# 12 oktyabr 2010 08:12 (UTC +04:00)
Bakı - APA-Economics. Gürcüstan Şimali Qafqaz respublikalarının sakinləri üçün vizasız rejim tətbiq etməyə hazırlaşır.

APA-Economics”in “Novosti-Qruziya”ya istinadən xəbərinə görə, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze açıqlama verib.

Onun sözlərinə görə, prezident Mixail Saakaşvilinin bununla bağlı müvafiq sərəncamı hazırdır və iki həftədən sonra qüvvəyə minəcək: “Gürcüstan hökuməti liberallaşdırma siyasətindən çıxış edərək və Şimali Qafqaz xalqları ilə ənənəvi münasibətləri davam etdirmək məqsədilə bu addımı atır”.

Vizasız rejimin tətbiqindən sonra Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz və Adıgey respublikalarının sakinləri 30 gün ərzində Gürcüstan ərazisində vizasız qala biləcəklər. Rusiyanın digər regionlarının sakinləri isə Gürcüstanın maraqlarının təmsil edən İsveçrənin Moskvadakı səfirliyindən viza almalı olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR