Bank Of Baku

İranın Qərbi Azərbaycan vilayətindən olan bir qrup sənətkar Ermənistana gedəcək

İranın Qərbi Azərbaycan vilayətindən olan bir qrup sənətkar Ermənistana gedəcək
# 20 oktyabr 2010 15:02 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın Ermənistanda təşkil ediləcək I Əl işləri və turizm sərgisində Qərbi Azərbaycan vilayətinin sənətkarlarından ibarət qrup iştirak edəcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən xəbərinə görə, bu barədə İranın Qərbi Azərbaycan vilayətinin Mədəni irs və turizm idarəsinin mətbuat katibi Məhəmməd Əbdüli məlumat yayıb.

O bildirib ki, sərgidə iki guşə Qərbi Azərbaycanın Əl işləri sənətkarları və turizm idarəsinə məxsus olacaq. Burada ağac məmulatından hazırlanmış musiqi alətləri, eləcə də turizm sahələri nümayiş olunacaq.

M.Əbdüli əlavə edib ki, İranın musiqi alətləri hazırlayan tanınmış sənətkarı Huşəng Əkbəri bu sərgiyə xüsusi olaraq dəvət edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR