Bank Of Baku

Moskvanın “Vnukovo” hava limanı yaxınlığında 5 mehmanxana kompleksi inşa olunacaq

Moskvanın “Vnukovo” hava limanı yaxınlığında 5 mehmanxana kompleksi inşa olunacaq
# 21 oktyabr 2010 15:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Moskvanın “Vnukovo” hava limanı yaxınlığında ərazisi 105 hektar olan sahədə 5 mehmanxana kompleksi inşa olunacaq.

«APA-Economics»in məlumatına görə, mehmanxanalardan birinin tikintisi artıq başa çatmaq üzrədir ki, bu da 400 yerlik 3 ulduzlu mehmanxana olacaq.

Bununla yanaşı, 15 hektar ərazidə təbiət kompleksi, istehsalat-texniki zonalar və s. yaradılacaq.

Sözügedən layihənin icrası nəticəsində “Vnukovo” aeroportunda xidmətlərin komfortu bir qədər də artacağı gözlənilir.

Qeyd edək ki, Bakıdan «Vnukovo» hava limanına (Bakı-Moskva aviareysi) hər həftənin II, IV və VI günləri saat 16:10-da «Boeing-735» avialayneri ilə Rusiyanın «UTair» aviaşirkəti uçuşları təmin edir. Sözügedən marşrut üzrə hər iki istiqamətdə bir aviabiletin qiyməti 246 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR