Bank Of Baku

Çində nəhəng Disneylend tikilir

Çində nəhəng Disneylend tikilir
# 05 noyabr 2010 08:56 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “Walt Disney” mediakompaniyası Şanxay (Çin) rəhbərliyi ilə “Disneylend” əyləncə parkının tikintisi haqqında razılaşma imzalayıb.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, layihənin dəyəri 25 mlrd. yuan (3,75 mlrd. dollar) təşkil edir.

4 min kv. metr sahəsi olan parkda attraksionlarla yanaşı, hotel və mağazalar da tikiləcək. Çin tərəfi tikinti işləri üçün məxsusi olaraq “Shanghai Shendi Group” adlı şirkət yaradıb.

Ehtimal olunur ki, park 2014-cü ildən qapılarını ziyarətçilərin üzünə açacaq. Hər il on milyonlarla insanın ziyarət edəcəyi parkın böyük gəlir gətirəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR