Bank Of Baku

Rusiya hökuməti ölkədə pasport rejiminin liberallaşdırıldığını elan edib

Rusiya hökuməti ölkədə pasport rejiminin liberallaşdırıldığını elan edib
# 18 noyabr 2010 09:10 (UTC +04:00)
APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, dəyişikliyə əsasən 1 yanvar 2011-ci ildən etibarən Rusiya Federasiyasında 6 aydan 3 ilədək müvəqqəti qeydiyyata alınma qiyabi şəkildə (poçt və internet vasitəsilə) həyata keçirilə biləcək.

Federal Miqrasiya Xidmətini (FMX) poçt və ya şəbəkə vasitəsilə xəbərdar etdikdən sonra qeydiyyata alınan şəxs 3 sutka (yetkinlik yaşına çatmayanlar 1 sutka) ərzində şəxsiyyətini təsdiq edən sənədi və özünün seçdiyi yaşayış sahəsinə köçmək üçün sənədi müvafiq orqanlara təqdim etməlidir. Bundan sonra ya vətəndaşın pasportuna müvəqqəti və ya daimi qeydiyyata alınması haqda möhür vurulacaq, ya da ona qaldığı yerdə qeydiyyata alınması haqda şəhadətnamə veriləcək.

FMX-nin mətbuat katibi Konstantin Poltoranin bildirib ki, müvəqqəti qeydiyyatın müddəti icarənin tipindən asılı olacaq: “Əgər icarə əvəzsizdirsə, vətəndaş 3 il müddətinə, əvəzlidirsə, 6 ay müddətinə qeydiyyata alınır”.

Bundan başqa, evini icarəyə verən şəxsin FMX-yə gəlməsinə də ehtiyac olmayacaq. O, FMX-dən evində yeni sakinin qeydiyyata alınması barədə bildiriş alacaq. Həmçinin vətəndaş ərizə ilə FMX-yə müraciət etməklə icarə müqaviləsinin ləğvinə nail ola biləcək.

Qeyd edək ki, sovet qeydiyyat institutunun ləğvi və pasport rejiminin liberallaşdırılması Rusiya Federasiyasının bütün ərazisində qeydiyyat problemini həll edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR