Bank Of Baku

«Venu Bilgah Hotel»i Dubayın «Jumeirah Group» şirkəti idarə edəcək

«Venu Bilgah Hotel»i Dubayın «Jumeirah Group» şirkəti idarə edəcək
# 02 dekabr 2010 08:20 (UTC +04:00)
«Jumeirah Group»dan «APA-Economics»ə verilən məlumata görə, Xəzər dənizi sahilində yerləşəcək və yeni müasir üslubda inşa olunacaq otelin açılış mərasiminin 2011-ci ildə olacağı planlaşdırılır. Bu mehmanxana Dubay şəhərində yerləşən «Jumeirah Beach» otelinin oxşar stilini əks etdirən dalğavari şəkildə inşa edilib. Yerli memar Nazim Vəliyev tərəfindən layihələşdirilmiş bu otel dənizə görünüşlü 176 nömrədən, günboyu fəaliyyət göstərməklə yanaşı, o cümlədən axırıncı mərtəbədə fəaliyyət göstərəcək restoran və barlardan, ənənəvi türk və fin hamamları ilə təchiz olunmuş 300 kv. metrlik SPA mərkəzindən, qapalı və açıq üzgüçülük hovuzlarından və 1500 kv. metrlik konfrans mərkəzindən ibarətdir. Otel kompleksinə 14 villa da daxil olacaq.

«Venu Bilgah Hotel»in idarə olunması ilə bağlı müqavilə «Jumeirah Group»un Azərbaycanda imzaladığı ilk müqavilədir. Bu saziş «Jumeirah Group»a daxil olan və idarə etdiyi müəssisələrin sayını 49-a çatdırır.

Xatırladaq ki, Dubayın «Jumeirah Group» şirkəti «Dubai Holding» Şirkətlər Qrupunun üzvü olaraq dünya otel və istirahət mərkəzlərinin idarəçiliyində özünəməxsus yer tutur. «Jumeirah Hotels & Resorts»un tərkibinə Dubaydakı «Burj Al Arab», «Jumeirah Beach», «Jumeirah Emirates Towers», «Madinat Jumeirah», «Jumeirah The Meydan and Jumeirah Bab Al Shams» otelləri, Londonda «Jumeirah Carlton Tower» və «Jumeirah Lowndes Hotel», eləcə də Nyu-Yorkda «Jumeirah Essex House» kimi brendlər daxildir. Bir qədər əvvəl «Jumeirah Group» müasir otellər brendi kimi tanınan «Venu» otellərinin idarəçiliyinə də başlayıb.

Müqavilənin digər tərəfdaşı «Azinko Holding» MMC 2006-cı ildən fəaliyyətə başlayıb. Holdinqin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən 6 müstəqil şirkət daxildir. Yarandığı vaxtdan «Azinko Holding» otel binaları, yüksək mərtəbəli bina və yaşayış evləri, komplekslər, qısamüddətli istirahət evləri və biznes mərkəzləri, qurğular, köməkçi obyektlərin tikintisi və yenidən qurulması, layihə-smeta, texnoloji, konstruktor işləri ilə məşğuldur. Bundan əlavə, Şirkətə məxsus zavodlarda inşaat materialları (sement, beton və s.) istehsal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR