Bank Of Baku

Qazaxıstan Xəzər sahilində istirahət edənlər üçün vahid turist paketi yaratmağı təklif edir

Qazaxıstan Xəzər sahilində istirahət edənlər üçün vahid turist paketi yaratmağı təklif edir
# 07 dekabr 2010 12:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Qazaxıstan Xəzər sahilində istirahət edənlər üçün vahid turist paketi təqdim etməyi təklif edir. APA-nın BNews.kz saytına istinadən məlumatına görə, bunu Qazaxıstan turizm və idman nazirinin müavini Kairbek Uskenbayev deyib. O bu paketi İran, Türkmənistan, Rusiya və Azərbaycanla birgə yaratmağı təklif edib: “Xəzəri İran, Türkmənistan, Qazaxıstan, Rusiya və Azərbaycanı əhatə edir. Onların hər biri özü özlüyündə unikaldır. Qazaxıstan təklif edir ki, 5 ölkəyə səyahət imkanı verən vahid turist paketi yaradılsın”.
K. Uskenbayev bildirib ki, Türkmənistan bu sahədə xeyli iş görüb, bir sıra otellər inşa edib: “Əgər sərmayəçilərlə razılaşa bilsək, siz yaxın 2-3 il ərzində Xəzər sahillərində yeni iri otellər görəcəksiz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR