Bank Of Baku

İslam Konfransı Təşkilatı ölkələri turizm nazirlərinin VII iclası keçirilib – FOTO

İslam Konfransı Təşkilatı ölkələri turizm nazirlərinin VII iclası keçirilib – <font color=red>FOTO </font>
# 10 dekabr 2010 09:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin turizm nazirlərinin VII iclasında və İKT-yə üzv ölkələrin yüksək vəzifəli şəxslərinin iclasında iştirak ediblər. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İKT ölkələrinin yüksək vəzifəli şəxslərindən ibarət olan işçi komitənin iclasında turizmin inkişafına dair qətnamənin və Tehran Bəyannaməsinin layihələri hazırlanıb. Layihələr turizm nazirlərinin yeddinci iclasında təsdiqlənib.

Turizm nazirlərinin VII iclasında İKT ölkələri arasında mədəni turizm marşrutlarının inkişaf etdirilməsi, ölkələrin turizm potensialının vahid portalın yaradılması vasitəsilə təbliği, sağlamlıq və dini turizm növlərinin inkişafı, ölkələr arasında ekoloji turizmin inkişafına prioritet verilməsi, ölkələr arasında viza rejiminin sadələşdirilməsi, islam dəyərlərinin qorunması və turizm məqsədləri üçün istifadə olunması, əl sənətkarlığı nümunələrinin inkişafı və turizm məqsədləri üçün istifadə olunması, mədəni dəyərləri özündə əks etdirən festivalların keçirilməsi və üzv ölkələr arasında turizm yarmarkalarının təşkili müzakirə olunub.

2012-ci ildə turizm nazirlərinin VIII iclasına sədrlik Sudana verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR