Bank Of Baku

Avropa şəhərləri turistlər üçün vergi tətbiq edir

Avropa şəhərləri turistlər üçün vergi tətbiq edir
# 27 dekabr 2010 10:13 (UTC +04:00)
Bakı - APA-Economics. Avropada məcburi turist rüsumları ideyası getdikcə populyarlaşır. “APA-Economics”in “RBK daily”yə istinadən xəbərinə görə, büdcə kəsirləri yerli hökumətləri xəzinəni doldurmaq üçün yeni mənbələr icad etməyə sövq edir.

Artıq bir çox şəhərlərdə turistlər üçün vergi ya tətbiq olunub, ya da tətbiq olunmasına hazırlıq gedir. Ötən həftə İtaliyanın baş naziri Silvio Berluskoni də televiziya ilə çıxışında bu verginin tətbiqinə başlandığını elan edib. O, Venesiya və Florensiyaya gələn hər turistdən 1 gecə üçün 1 avro vergi tutulmasını “tamamilə məntiqi” adlandırıb. Romada isə hər gecə üçün turistlərdən 2 avro vergi tutulacaq.

Analoji təkliflə Barselonanın turizm naziri də çıxış edib. Hər turistdən 1 gecə üçün 1 avro tutulması, hesablamalara görə, Kataloniya büdcəsinə ildə 15-20 mln. avro gəlir gətirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR