Bank Of Baku

Cəfər Cəfərov: “Turizm İnstitutunu bitirən və diplomuna imza qoyduğumuz tələbəyə başımızla cavabdehik”

Cəfər Cəfərov: “Turizm İnstitutunu bitirən və diplomuna imza qoyduğumuz tələbəyə başımızla cavabdehik”
# 27 dekabr 2010 12:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ötən tədris ilində ilk buraxılışını edən Azərbaycan Turizm İnstitutunu (ATİ) 123 nəfər bitirməli olsa da, onlardan yalnız 74 nəfəri diplom ala bilib. Bu barədə APA-ya ATU-nun rektoru Cəfər Cəfərov məlumat verib. O, ilk məzunlar müəyyən hissəsinin işlə təmin olunduğunu söyləyib: “Məktəbi bitirən 74 nəfərin təxminən 20 nəfəri qızdır. Qalan oğlanlar isə bir neçəsi istisna olmaqla, hərbi xidmətdədir. Həmin oğlanlar hazırda otellərdə işləyirlər. Qızların xeyli hissəsi institutda işə götürülüb. Təbii ki, kadrlar ilk növbədə sənayedə olmalıdır. Hesab edirəm ki, yaxın 2-3 il ərzində məzunlarımızın sənayeyə güclü təsiri olacaq”.

C. Cəfərov bildirib ki, bu ilin əvvəlindən indiyədək 4-5 tələbə öz sənədlərini geri istəyib: “Biz buna məmnuniyyətlə razı olmuşuq. Çünki həmin tələbələr akademik borclarını yerinə yetirə bilmirdilər. Bizə oxuyan adamlar lazımdır. Biz Azərbaycan Turizm İnstitutunu bitirən və diplomuna imza qoyduğumuz tələbəyə başımızla cavabdehik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR