Bank Of Baku

Azərbaycan Turizm İnstitutunun nəzdində peşə məktəbi yaradılır

Azərbaycan Turizm İnstitutunun nəzdində peşə məktəbi yaradılır
# 27 dekabr 2010 12:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ölkə prezidentinin tapşırığı ilə xidmət sahəsində fəaliyyət göstərən kadrların hazırlığını aparmaq üçün Azərbaycan Turizm İnstitutunun nəzdində peşə məktəbi yaradılır. Bu barədə APA-ya məlumat verən Azərbaycan Turizm İnstitutunu (ATİ) rektoru Cəfər Cəfərov bildirib ki, bu yaxınlarda həmin məktəbin açılışı olacaq. Artıq yeni yaradılan peşə məktəbinə 6-7 ixtisas üzrə qəbul üçün elan verilib.

İnstitut rektoru bildirib ki, turizm müəssisələrində işləyən insanların yalnız 20-25 faizinin ali təhsilli olmasına ehtiyac var. C. Cəfərov onu da əlavə edib ki, artıq Azərbaycanda turizm üzrə elmi kadrların hazırlanmasına başlanılıb. Bu ildən məktəbdə magistratura pilləsinə qəbul başlayıb. Bundan əlavə, ATİ fəlsəfə doktoru və elmlər doktoru üzrə doktorantura hazırlığı aparacaq.

C. Cəfərov qeyd edib ki, ATİ-nin binasının genişləndirilməsi üçün daha bir mərtəbə tikilib. Bunun hesabına əlavə 17 otaq istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR