Bank Of Baku

Azərbaycan Turizm İnstitutu qiyabi təhsildən imtina edir

Azərbaycan Turizm İnstitutu qiyabi təhsildən imtina edir
# 27 dekabr 2010 13:14 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Turizm İnstitutunu (ATİ) rektoru Cəfər Cəfərov bildirib. O qeyd edib ki, qiyabi təhsilin bir çox üstünlükləri var: “Qiyabi təhsil alanların həm də işləmək imkanları olub. Digər tərəfdən, nədənsə bizdə qiyabi təhsili oxumamaq kimi qiymətləndirirlər. Amma qiyabi təhsil alan tələbələrin üzərinə çox böyük yük düşür. Biz qiyabi təhsil alanlara əyani təhsil alanlardan bir qədər az sayda təhsil kursu keçirik. Qiyabi kursda dil öyrətmək problemi yaranır. Əyani oxuyanlara dil öyrədə bildiyimiz halda, qiyabi oxuyanlara bunu edə bilmirik”.

C. Cəfərov deyib ki, qiyabi təhsilin tam ləğvi barədə deyil, onun başqa formalara keçməsi barədə düşünmək olar: “Məsələn, dünyada “part-time” təhsil forması, yəni “yarım dövr təhsil” qəbul olunub. Bunun əsasında qiyabi təhsilin formasını dəyişmək olar. Əslində, Boloniya prosesində kurs anlayışları yoxdur. Tələbənin fərdi dərs seçmək imkanı var. Bunu tam və ya yarım dövr ərzində etməsi onun özündən asılı olur”.

C. Cəfərovun sözlərinə görə, artıq ATİ-də qiyabi təhsil alanların sayı azaldılır: “Əvvəlki illərə nisbətən azaltmışıq. Güman edirəm ki, 2011-2012-ci tədris ilində də qiyabi təhsil olacaq. Çox güman ki, sonrakı mərhələlərdə qiyabi təhsildən imtina edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR