Bank Of Baku

Nazir: “Azərbaycanda turizm son üç il ərzində sürətlə inkişaf edib”

Nazir: “Azərbaycanda turizm son üç il ərzində sürətlə inkişaf edib”
# 27 dekabr 2010 16:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın Qusar rayonunda Şahdağ İstirahət Turizm Kompleksinin tikintisi davam etdirilir”. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, tikinti işləri çox böyük sürətlə gedir. Nazir vurğulayıb ki, bu qışın sonuna qədər artıq süni qarlaşdırma sisteminin tamamlanması, beş liftdən birinin quraşdırılması nəzərdə tutulur: “Yay müddətində isə biz artıq ilk mehmanxananı istifadəyə verməyə hazır olacağıq. Eksperiment olaraq bu il ümumi vəziyyətə baxacağıq. Amma gələn qış üçün artıq ilk turistlər orada öz vaxtlarını keçirə biləcəklər”.
Ə. Qarayev vurğulayıb ki, bu, Şahdağ İstirahət Turizm Kompleksinin tikintisi ilə bağlı həyata keçirilən layihənin ilk mərhələsidir: “Ümumilikdə 10 il üçün nəzərdə tutulan bir layihədir. Dövlətin üzərinə düşən pay artıq yarıya qədər tamamlanıb”.

Nazir 2010-cu il ərzində Azərbaycana gələn turistlərlə bağlı da məlumat verib. O bildirib ki, Azərbaycan turizmi son üç il ərzində çox davamlı və böyük sürətlə inkişaf etməkdədir: “Sözsüz ki, ildən-ilə fərqlər olur. Biz bir il 40 faiz irəliləyirik, bir il 5 faiz. Nəzərdə tutduğumuz inkişaf tempindən geri qalmırıq”.
Ə. Qarayev bu il ərzində turizm sahəsində ən mühüm addımın dövlət başçısı tərəfindən turizmin inkişafı ilə bağlı Dövlət Proqramının imzalanması olduğunu bildirib: “İlk dəfə dövlət başçısının beynəlxalq turizm sərgisinə gəlişi, eyni zamanda Azərbaycanda ilk dəfə olaraq respublika miqyaslı turizm sərgisinin təşkili çox vacib bir addım idi. Bu tədbirlər demək olar ki, növbəti illərdə Azərbaycanın turizm sənayesinin inkişafına dair istiqamətverici bir təkan verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR