Bank Of Baku

Bu il Gürcüstana gələn turistlərin sayı 2 mln. nəfəri keçib

Bu il Gürcüstana gələn turistlərin sayı 2 mln. nəfəri keçib
# 29 dekabr 2010 13:47 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu il Gürcüstana 2 054 382 turist gəlib. Gələn il bu rəqəmin daha da artacağı gözlənilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Maya Sidamonidze bildirib.

Onun sözlərinə görə, bu il Gürcüstana ən çox Azərbaycan, Türkiyə və Ermənistandan turistlər gəlib. Ölkənin paytaxtı Tiflisə və Batumi şəhərlərinə turist axını daha çox olub. Sonrakı yerlərdə Msxeti, Siqnaxi, Kazbek, Qori, Bakuriani, Qudauri və Telavi şəhərləri gəlir. Bu il Acarıstanda dincələn turistlərin sayı isə 926 010 nəfər olub.

M.Sidamonidze qeyd edib ki, gələn il Gürcüstana turist axını 3 milyona çatacaq. Agentlik turizm sahəsinin uzunmüddətli inkişafı üçün yeni-yeni layihələr həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR