Bank Of Baku

Dünya liderləri Yeni ili harada qarşılayacaq?

Dünya liderləri Yeni ili harada qarşılayacaq?
# 30 dekabr 2010 12:17 (UTC +04:00)
«APA-Economics»in Rusiyanın «RBKdaily» qəzetinə istinadən verdiyi məlumata görə, bayram tətillərini isti yerlərdə keçirəcək dövlət başçıları sırasında ABŞ prezidenti Barak Obama və Fransanın dövlət başçısı Nikolya Sarkozi də mövcuddur.

Hələ ötən həftənin IV günü N.Sarkozi ailəsi ilə Milad bayramını qeyd etmək üçün Mərakeşə yollanıb. Ümumiyyətlə, Mərakeş Fransa əhalisi üçün tanınmış kurort şəhəri sayılır. Burada Fransanın bir çox siyasi xadimləri istirahət edir. Məsələn, bu il Milad bayramını orada Fransanın keçmiş prezidenti Jak Şirak da qeyd edir.

B.Obama ölkəsini tərk etməməyə üstünlük verərək, ailəsi və iti ilə Havay adalarına 10 günlük istirahətə yollanıb.

Rusiya prezidenti Dmitri Medvedev və Rusiyanın baş naziri Vladimir Putin bayramı öz evlərində ailələri ilə qeyd edəcək. Daha sonra isə D.Medvedev ailəsi ilə birgə Soçiyə xizək sürməyə yollanacaq. Lakin maraqlısı odur ki, Krasnaya Polyanada hələ də qar yağmayıb. Məhz bu səbəbdən V.Putinin Soçidə bayram tətillərini keçirəcəyi sual altındadır.

Almaniyanın vitse-kansleri Qido Vestervelle Misirə, kansler Angela Merkel isə İsveçrəyə dağ-xizək kurortuna yola düşüb. A.Merkel bayram tətillərinin qalan hissəsini ailəsi ilə Ukkermarkedə (Almaniya) yerləşən bağ evində keçirəcək. Dekabrın 30-da Almaniyanın hökumət başçısı ölkə əhalisinə Yeni il münasibətilə təbrikini hazırlamaq üçün Berlinə qayıdacaq.

Digər dövlət rəhbərləri isə ölkələrini tərk etməməyə üstünlük verib. Belə ki, İspaniyanın baş naziri Xose Luis Rodriqes Sapatero Milad bayramını Madriddə qeyd edib və Yeni ili də məhz bu şəhərdə keçirəcək. Estoniya prezidenti Toomas Hendrik İlves və Estoniyanın baş naziri Andrus Ansip, Ukraynanın dövlət başçısı Viktor Yanukoviç də bayramları öz məmləkətlərində qeyd edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR