Bank Of Baku

Nyu-Yorka gələn turistlərin sayı rekord səviyyəyə çatıb

Nyu-Yorka gələn turistlərin sayı rekord səviyyəyə çatıb
# 05 yanvar 2011 11:17 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il Nyu-York şəhərini (ABŞ) rekord sayda turist ziyarət edib. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə Nyu-York meri Maykl Blumberq açıqlama verib.

Onun sözlərinə görə, 2010-cu ildə rəhbərlik etdiyi şəhəri 48,7 mln. nəfər səfər edib ki, bu da 2008-ci ilin rekord göstəricisindən (47 mln. nəfər) 1,7 mln. nəfər çoxdur. 2009-cu illə müqayisədə isə Nyu-Yorka gələn turistlərin sayı 7% artıb.

M.Blumberq bildirib ki, turizm sənayesi Nyu-York iqtisadiyyatına 31 mlrd. dollar gəlir gətirib. 2010-cu ildə bu şəhəri ziyarət edənlərin 39 mln. nəfəri ABŞ sakinləri, qalanları isə əcnəbilər olub.

Ümumiyyətlə, ABŞ-a gələn turistlər üçün Nyu-York ən cazibədar şəhər olaraq qalır. Belə ki, Birləşmiş Ştatlara daxil olan əcnəbilərin 33%-i məhz bu şəhəri ziyarət edir. İkinci yeri Mayami və Los-Anceles bölüşdürür - 11%.

Qeyd edək ki, M.Blumberq 2007-ci ildə açıqladığı plana əsasən, Nyu-Yorka gələn turistlərin sayını 2012-ci ildə 50 mln. nəfərə çatdırmağı qarşısına məqsəd qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR