Bank Of Baku

Azərbaycanda dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 74-ə çatıb

Azərbaycanda dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 74-ə çatıb
# 11 yanvar 2011 12:43 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı illik hesabatda qeyd olunub. Hesabata bildirilir ki, mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün 292 hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilmiş sənədlərə baxılıb və onlara müvafiq lisenziya verilib.

Azərbaycan ərazisində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2006-cı ildə 288, 2007-ci ildə 320, 2008-ci ildə 370, 2009-cu ildə 452, 2010-cu ilin I yarımilliyində isə 477 olub.

Eyni zamanda ötən il ərzində mehmanxana və mehmanxana tipli obyektlərdə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında mehmanxana xidmətlərinin göstərilməsi Qaydaları” adlı sənəd layihəsi hazırlanıb.

“Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a əsasən 207 hüquqi və fiziki şəxslərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR