Azərbaycan daha 28 ölkə ilə turizm sahəsində əməkdaşlığa dair saziş imzalayacaq

Azərbaycan daha 28 ölkə ilə turizm sahəsində əməkdaşlığa dair saziş imzalayacaq
# 11 yanvar 2011 13:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA-Economics. Azərbaycan turizm sahəsində 28 ölkə ilə əməkdaşlıq əlaqələri yaratmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, artıq Azərbaycanla 28 ölkə - Rusiya, Avstriya, Böyük Britaniya, İsveçrə, İsveç, Macarıstan, Makedoniya, San Marino, Malta, Xorvatiya, Argentina, Meksika, Kuba, İsrail, Yaponiya, BƏƏ, Səudiyyə Ərəbistanı, İran, İraq, Bəhreyn, Oman, Koreya, Bruney, İndoneziya, Malayziya, Filippin, Tunis və Çin arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş layihələri hazırlanıb.

Bu sırada 2010-cu il ərzində turizm sahəsində əməkdaşıq haqqında hökumətlərarası sazişlər çərçivəsində müəyyən işlər görülüb. Belə ki, son 5 il ərzində Azərbaycan ilə Yunanıstan, Qazaxıstan, İordaniya, Fransa, Tacikistan, Misir, Litva, Mərakeş, Küveyt, Suriya və Latviya arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanıb. «İmzalanmış sazişlərin müddəalarının həyata keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq tədbirlər görür və digər ölkələr ilə turizm sahəsində ikitərəfli əlaqələrin qurulması istiqamətində müvafiq işlər aparır. Azərbaycanın turizm imkanlarının Körfəz ölkələri, həmçinin Küveyt dövlətində tanıdılması məqsədilə Küveytin «Dnata» turizm şirkəti ilə Mədəniyyət və Turizm Nazirliyi arasında anlaşma memorandumunun imzalanması istiqamətində müvafiq işlər aparılır», - deyə Nazirlikdən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR