Bank Of Baku

Türkiyədə ilk üstüörtülü ayaq xizəyi mərkəzi inşa ediləcək

Türkiyədə ilk üstüörtülü ayaq xizəyi mərkəzi inşa ediləcək
# 14 yanvar 2011 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İstanbulda Türkiyə ərazisində ilk üstüörtülü ayaq xizəyi mərkəzi inşa ediləcək.

«APA-Economics»in məlumatına görə, mərkəzin inşasına 3 mln. ABŞ dolları xərclənəcək.

Hazırda Türkiyədə 10 dağ xizək kurortu mövcuddur. Lakin ölkə ərazisinin 60%-i dağdan ibarət olan Türkiyə üçün bu, həddən artıq azdır. Məhz buna görə İstanbulda üstüörtülü ayaq xizəyi mərkəzinin tikilməsi qərara alınıb.

Qeyd edək ki, hazırda dünyanın 25 ölkəsində 60 üstüörtülü ayaq xizəyi mərkəzi fəaliyyət göstərir. İlk olaraq bu cür mərkəzlər 20 il öncə Avstraliya, Belçika və Yaponiyada inşa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR