Bank Of Baku

2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin nəzdində xüsusi işçi qrupu yaradılıb

2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin nəzdində xüsusi işçi qrupu yaradılıb
# 19 yanvar 2011 15:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin nəzdində xüsusi İşçi qrupu yaradılıb. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir qeyd edib ki, yaradılan İşçi qrupu tərəfindən “Turizm İli” ərzində keçiriləcək tədbirlər planı hazırlanacaq: “Azərbaycan Turizm Asossiasiyasının nümayəndələri də İşçi qrupuna daxildir. Biz indi müəyyən bir digər təhsil ocaqlarının nümayəndələrini də ora daxil edirik. Gözləyirik ki, bu ayın sonuna qədər “Turizm İli” ilə bağlı ilkin layihə hazırlansın və ondan sonra bu proqramın icrası ilə bağlı xüsusi bir işçi qrupu olacaq. Bu işin koordinasiyası tək nazirliyin üzərinə düşməyək. Nazirlər Kabineti və digər qurumlar bu işə cəlb olunacaq”. Naizrin sözlərinə görə, fevral ayının əvvəlində hazırlanacaq tədbirlər planı respublikanın rəhbərliyinə təqdim olunacaq və bundan sonra sənədin icrasına başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR