Bank Of Baku

Azərbaycanda Şahdağ Qış Turizm Kompleksində gələn ilin qış mövsümündən xizəksürmə idman növü reallaşdırılacaq

Azərbaycanda Şahdağ Qış Turizm Kompleksində gələn ilin qış mövsümündən xizəksürmə idman növü reallaşdırılacaq
# 19 yanvar 2011 16:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn ilin qış mövsümündən Azərbaycanda Şahdağ Qış Turizm Kompleksində xizəksürmə idmanı reallaşdırılacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə Şahdağ Qış Turizm Kompleksinin tikintisi ilə bağlı danışan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, kompleksin tikintisindəki çətinlik infrostruktur yaradılmasından ibarətdir: “Bu ilin sonuna qədər artıq bu kompleksin fəaliyyətini təmin etməyə qadir olan infrostruktur tamamlanacaq. Dövlət yalnız orada bir otel tikir, ondan sonra bu işə sərmayəçilər qoşulmalıdır”.
Nazir deyib ki, sərmayəçilər xüsusi layihə həyata keçirə və müəyyən olunmuş çərçivələrdə fəaliyyət göstərə biləcəklər: “Biz artıq bu marağı görürük. Bu ilin yazında artıq pilot layihəni, avadanlığı sınaqdan keçirəcəyik”.

Nazir, Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 5 ilinin tamam olması ilə bağlı yubiley keçirilməsinin nəzərdə tutulmadığını da qeyd edib. Onun sözlərinə görə, yubileylə əlaqədar olaraq, nazirlik əməkdaşlıq etdiyi təşkilatların nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirəcək: “Yanvarın 28-də keçirilməsi nəzərdə tutulan bu tədbirdə yəqin ki, fəaliyyətimizə qiymət veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR