Bank Of Baku

Azərbaycanda turizm şirkətlərinə lisenziya verilməsi üzrə şərtlər sərtləşdirilib

Azərbaycanda turizm şirkətlərinə lisenziya verilməsi üzrə şərtlər sərtləşdirilib
# 27 yanvar 2011 15:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizm sahəsində fəaliyyət göstərən müəssisələrə lisenziyanın verilməsi üzrə şərtləri sərtləşdirib.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən müəssisələr lisenziya əsasında çalışmalıdır və xüsusi razılığı olmayan şirkətlər sözügedən fəaliyyət növü ilə çalışmaqdan məhrum olaraq bağlanacaq: «Nazirlik tərəfindən lisenziyaların verilməsinə dair şərtlər sərtləşdirilib. Vaxtilə lisenziyalar təqdim olunanda nazirlik tərəfindən sözügedən sahədə peşəkarlıq o qədər də nəzərdə tutulmurdu. İndi isə lisenziya almaq üçün şirkət və ya mehmanxanada peşəkar turizm təhsilinə, qonaqpərvərlik təhsilinə yiyələnmiş insanlar olmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR