Bank Of Baku

Azərbaycandakı turizm şirkətləri Misirə səfərlərlə bağlı sifarişlərin qəbulunu dayandırıb

Azərbaycandakı turizm şirkətləri Misirə səfərlərlə bağlı sifarişlərin qəbulunu dayandırıb
# 01 fevral 2011 13:57 (UTC +04:00)
«APA-Economics»in ölkədə fəaliyyət göstərən aparıcı turizm şirkətləri üzrə keçirdiyi sorğunun nəticələrinə görə, Misirdə siyasi vəziyyətin gərginləşməsi və iğtişaşların törədilməsi ilə əlaqədar bu ölkənin paytaxtı Qahirəyə, həmçinin Şarm-əl-Şeyx və Xurqada kimi kurort şəhərlərinə səfərlərin təşkili üçün sifarişlərin qəbulu dayandırılıb: «Biz müştərilərimizin həyatını risk altına qoyub hazırda təhlükə altında olan ölkəyə səfər təşkil edə bilmərik. Çünki müştərilərin təhlükəsizliyinə görə turizm şirkəti cavabdehlik daşıyır».

Buna baxmayaraq, bəzi turizm şirkətləri müştərinin təhlükəsizliyini öz üzərinə götürmədən və müştəriyə qabaqcadan bu barədə xəbər verərək Misirə tranzit aviareyslərlə səfər təşkil edə bildiklərini qeyd ediblər.

Qeyd edək ki, ötən gün Misirdən Azərbaycana 105 nəfər azərbaycanlı (diplomatik korpus, Misirdə leqal və qeyri-leqal yaşayanlar, iş adamları, tələbələr və s.) evakuasiya olunub.

Xatırladaq ki, Qahirədə baş verən iğtişaşlar zamanı Azərbaycanın Misirdəki səfirliyinin bir əməkdaşı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR