Bank Of Baku

ABŞ hotelləri qiymətləri artıracaq

ABŞ hotelləri qiymətləri artıracaq
# 02 fevral 2011 08:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. ABŞ-da fəaliyyət göstərən mehmanxanalar göstərdiyi xidmətlərə görə qiymətləri artırmaq niyyətindədir.

«APA-Economics»in məlumatına görə, bunun əsas səbəbi 2011-ci ildə ABŞ-a biznes-qonaqların kütləvi axınının olması ilə əlaqədardır. Belə ki, bir çox şirkət və təşkilatlar maliyyə böhranı dövründə təxirə saldıqları konfrans və iclasları 2011-ci ildə keçirmək niyyətindədir.

Hotellərdə qiymətlərin artması kirayə ev təklif edənlərin xeyrinə olacaq. Belə ki, mehmanxanalarda qiymətlərin yüksək olması nəticəsində ABŞ-a gələn turistlər məhz kirayə evlər təklif edənlərə müraciət edəcək.

Qeyd edək ki, ötən il turistlər ən çox ABŞ-ın Vaşinqton, Nyu-York və San-Fransisko şəhərlərinin hotellərində qalıb. Los-Anceles və Las-Veqasda dörd ulduzlu hotelin orta qiyməti 100 ABŞ dollarından, Nyu-Yorkda 150 dolardan başlayır, üç ulduzlu hotellərin qiyməti isə 40-100 dollar civarındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR