Bank Of Baku

Apreldə Azərbaycanda beynəlxalq turizm sərgisi keçiriləcək

Apreldə Azərbaycanda beynəlxalq turizm sərgisi keçiriləcək
# 02 fevral 2011 12:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 28-30-da Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AITF-2011») keçiriləcək.

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ikinci il ardıcıl olaraq Türkiyə sərginin tərəfdaş ölkəsi qismində çıxış edəcək. Ənənəvi olaraq, sərgidə Türkiyənin turizm potensialı və ölkənin koloriti milli stenddə təqdim ediləcək. Bundan başqa, «AITF-2011» iştirakçılarının siyahısında Türkiyənin daha iki iri turizm operatoru da iştirak edəcək.

Ümumiyyətlə, sərgidə dünyanın müxtəlif ölkələrindən 200-dən artıq şirkətin iştirak edəcəyi gözlənilir. Belə ki, sərgidə Yunanıstan, Gürcüstan, Hindistan, Mavriki adaları, Malayziya, Türkiyə və Çexiyanın milli stendləri nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR