Bank Of Baku

2010-cu ildə Qubada turist axınında 30% artım müşahidə olunub

2010-cu ildə Qubada turist axınında 30% artım müşahidə olunub
# 05 fevral 2011 11:06 (UTC +04:00)
Quba. Zaur Quliyev-APA. 2006-cı ildən Qubada 4 turizm marşrutu fəaliyyət göstərir. APA-nın Şimal bürosunun məlumatına görə, rayona gələn yerli və xarici turistlər Quba-Xınalıq, Quba-Qonaqkənd, Quba-Zərqova, Quba-Rustov marşrutları üzrə bəyəndikləri məkanda istirahət edə bilirlər. Bu istiqamətlərdə turistlərə xidmət göstərmək üçün 40-a yaxın istirahət obyekti yaradılıb. Bundan əlavə həmin marşrutların üzərində 100-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri yerləşir. Quba rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmovun APA-ya verdiyi məlumata görə ötən il rayona gələn turistlərin sayı 60-70 min nəfər arasında olub. Bu göstərici istirahət məkanlarının verdiyi məlumatlara əsaslanır. Mütəxəssislər Qubaya turist axınının əsas səbəbini turizm obyektlərində göstərilən xidmətlərin 20% endirilməsində görürlər. Cari ilin ilk ayı ərzində Qubaya gələn turistlərin sayı 3000-ə yaxın olub. Turistlərin ən çox meyl etdikləri turizm marşrutu Quba-Xınalıq istiqaməti olub. 2011-ci ildə isə Qubaya gələcək turistlərin sayının 100 minə çatacağı gözlənilir. Qeyd edək ki, 2011-ci ilin Turizm İli elan edilməsi ilə bağlı rayonda turizm obyektlərinin tikintisi, eləcə də turistlərin cəlb edilməsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Hal hazırda isə rayonda ilin bütün fəsillərində turistlərin istirahətini təmin edəcək böyük turizm kompleksinin inşası aparılır. Bundan əlavə Qubanın turizm marşrutları, obyektləri və tarixi, mədəniyyət, memarlıq abidələri barəsində xüsusi bukletlər hazırlanır. Bu bukletlər gələn turistlərə təqdim edilməklə yanaşı internet vasitəsi ilə də yayılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR