Bank Of Baku

Böyük Britaniya turistlər üçün yeni vergi tətbiq edəcək

Böyük Britaniya turistlər üçün yeni vergi tətbiq edəcək
# 07 fevral 2011 13:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Böyük Britaniya internet vasitəsilə turlar sifariş edən turistlər üçün yeni vergi tətbiq edəcək.

«APA-Economics»in məlumatına görə, qlobal maliyyə böhranı zamanı Böyük Britaniyanın bir sıra iri turizm şirkətləri iflasa uğrayıb. Nəticədə bir çox turistlər evlərinə qayıtmaqda çətinliklərlə üzləşib. Bu cür halların bir daha təkrarlanmaması üçün Britaniya hökuməti qanunvericilikdə müvafiq uyğunlaşdırmalar aparır.

Yeni verginin tətbiqi zamanı internet vasitəsilə iki xidmətdən az olmayan (məsələn, aviabilet, transfer və ya hotel) sifariş edən turistlər 2,5 funt sterlinq (təxminən 3 avro) vergi ödəyəcək. Bu cür vergi turistləri hər hansı aviaşirkətin və ya xidmət göstərən tədarükçünün iflas olmasından sığortalayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR