Bank Of Baku

Argentinada Azərbaycan turizminin təbliğinə dair tədbir keçirilib - FOTO

Argentinada Azərbaycan turizminin təbliğinə dair tədbir keçirilib - <font color=red>FOTO</font>
# 28 fevral 2011 08:03 (UTC +04:00)
Bakı-APA. Buenos-Ayresdə Azərbaycan turizm sektorunun təşviqinə dair tədbir keçirilib. Azərbaycanın Argentinadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Argentinanın Avropa və Asiya ölkələri üzrə 60-a yaxın turist operator şirkətləri, aparıcı turizm assosiasiyalara və turizm sektorunun təşviqi ilə məşğul KİV-lərin nümayəndələri iştirak ediblər.

İştirakçıları salamlayan səfir Məmməd Əhmədzadə qədim tarixə, zəngin mədəni irsə və coğrafi müxtəlifliyə malik Azərbaycanın Argentina turistləri üçün maraqlı turist istiqamətlərindən biri olacağını deyib, ölkəmizdə iqtisadiyyatın diversifikasiyası çərçivəsində turizm sektorunun inkişafı məqsədilə görülmüş işlər, xüsusilə də prezident İlham Əliyev tərəfindən 2011-ci ilin ölkəmizdə turizm ili elan edilməsi barədə məlumat verib.

Sonra tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəmizin turizm potensialı, bu potensialın inkişaf etdirilməsi istiqamətində atılmış addımlar barədə danışıb və ölkəmizin gözəlliklərinin şahidi olmaq üçün Argentina turistlərini Azərbaycana dəvət edərək bu xüsusda turist operatorlarının rolunun önəmli olduğunu bildirib.

Çıxışlardan sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilmiş “Azərbaycan unudulmaz ölkə” filmi nümayiş etdirilib.

Tədbir iştirakçılarına Azərbaycan turizminin təşviqini əks etdirən kitab və materiallar paylanıb, ölkəmizin müxtəlif mənzərələri və mədəni-tarixi abidələrinin fotosərgisi, habelə milli xalçalarımızın nümayişi təşkil olunub.

Tədbir Azərbaycan mətbəxinin təqdimatından ibarət ziyafət və milli musiqiçilərimizin konserti ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR