Bank Of Baku

Azərbaycan vətəndaşları Novruz tətillərini əsasən Dubayda keçirəcək

Azərbaycan vətəndaşları Novruz tətillərini əsasən Dubayda keçirəcək
# 28 fevral 2011 10:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan əhalisi Novruz bayramı tətillərini keçirmək üçün əsasən Dubaya (Birləşmiş Ərəb Əmirlikləri) yollanacaq. Bu barədə «APA-Economics»ə Azərbaycanın aparıcı turizm şirkətinin birindən bildirilib.

Bayram tətillərinin keçirilməsi üçün Azərbaycan əhalisi həmçinin İstanbul (Türkiyə) şəhərinə də üstünlük verib. Bununla yanaşı, ölkə vətəndaşlarının bir qismi Avropa şəhərlərində də istirahət edəcək: «Dubay və İstanbula hər il Azərbaycandan böyük turist axını müşahidə olunur. Lakin bu il bu şəhərlərə Azərbaycan turistlərinin sayının artmasına həmçinin, Misirdə baş verən hadisələr də təsir göstərib».

Şirkətdən həmçinin bildirilib ki, Azərbaycanda bir neçə turist eyni zamanda Novruz tətillərini Qoa, Maldiv və bu kimi ekzotik yerlərdə keçirməyə üstünlük verib.

Qeyd edək ki, hazırda Dubayda dörd ulduzlu hoteldə bir həftəlik istirahətin qiyməti minimum təxminən 500 manat, maksimum isə 1 000 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR