Bank Of Baku

“Turizm ili” çərçivəsində müalicə-turizm növü üzrə infotur təşkil ediləcək

“Turizm ili” çərçivəsində müalicə-turizm növü üzrə infotur təşkil ediləcək
# 01 mart 2011 08:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi “Ata Turizm” şirkətinin təşkilatçılığı ilə müalicə-turizm növü üzrə infotur təşkil edəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, infotur 5-6 mart tarixlərində həyata keçiriləcək.

Nazirlikdən bildirilib ki, Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi təşkili, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə “Ata Turizm” şirkəti ilə birgə layihənin həyata keçirilməsi planlaşdırılıb. Layihənin məqsədi Naftalan şəhərinə yerli turizm şirkətlərindən ibarət müalicə turizmi üzrə infoturun təşkil olunmasıdır. Turda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 50 nəfərlik heyətin iştirakı nəzərdə tutulur.

Turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində rayonda fəaliyyət göstərən mehmanxana və sanatoriyalar, eləcə də mədəni-tarixi abidələrlə tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR