Bank Of Baku

Azərbaycan turizmin inkişafı üçün cazibədar ölkələr arasında 83-cü yeri tutur

Azərbaycan turizmin inkişafı üçün cazibədar ölkələr arasında 83-cü yeri tutur
# 07 mart 2011 09:46 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Dünya İqtisadi Forumunun “Səyahət və turizm: rəqabətqabiliyyətlilik – 2011” adlı məruzəsində bildirilir.

Dünyanın 139 ölkəsinin yer aldığı reytinqdə Gürcüstan 73-cü, Azərbaycan 83-cü, Ermənistan 90-cı yeri tutub. Qonşu ölkələr arasında ən yüksək yer Türkiyəyə məxsusdur - 50. İran isə 114-cü yerdə qərarlaşıb.

İlk onluqda yenə də İsveçrə, Almaniya, Fransa, Avstriya, İsveç, ABŞ, Böyük Britaniya, İspaniya, Kanada və Sinqapur yer alıb.

Məruzədə qeyd olunur ki, qlobal iqtisadi böhrandan sonra turizm sahəsi tədricən bərpa olunur. 2010-cu ildə bu sahədə 5-6%-lik artım qeydə alınıb.

Qeyd edək ki, məruzə hazırlanarkən turizm sahəsində qanunvericilik, ətraf mühitin mühafizəsi, aviasiya və yerüstü nəqliyyat infrastrukturu, qiymətlər və s. faktorlar nəzərə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR