Bank Of Baku

Rusiya ABŞ-a viza rejiminin ləğvini təklif edir

Rusiya ABŞ-a viza rejiminin ləğvini təklif edir
# 10 mart 2011 12:44 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın baş naziri Vladimir Putin Moskvada səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşündə iki ölkə arasında viza rejiminin ləğvini təklif edib.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, V.Putin bildirib ki, viza rejiminin aradan qldırılması Rusiya-ABŞ münasibətlərində tarixi addım olardı.

“Hazırda Rusiya vətəndaşları ABŞ-a vizasız daxil ola bilən bir çox Avropa ölkələri ilə viza rejiminin ləğvi barədə danışıqlar aparır” - deyə baş nazir qeyd edib.

C.bayden V.Putinin təklifinə bircə cümlə ilə cavab verib: “Yaxşı ideyadır”. ABŞ-ın vitse-prezidenti əlavə edib ki, o da, prezident Barak Obama da Rusiya ilə ABŞ-ın yaxınlaşmasına və ölkələr arasındakı münasibətlərin yaxşılaşmasına tərəfdardır.

Qeyd edək ki, hazırda Rusiya vətəndaşları MDB ölkələri ilə yanaşı, 20-dən artıq ölkə o cümlədən Braziliya, İsrail, Argentina, Tailand və Türkiyəyə vizasız gedib-gələ bilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR