Bank Of Baku

Göygöldə «Gəncə-Qazax iqtisadi rayonunda turizmin inkişaf perspektivləri» mövzusunda seminar keçirilib

Göygöldə «Gəncə-Qazax iqtisadi rayonunda turizmin inkişaf perspektivləri» mövzusunda seminar keçirilib
# 14 mart 2011 09:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Göygöl rayonunda “Azərbaycanda 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq “Gəncə-Qazax iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, seminarda İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional bölməsinin, Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin, Azərbaycan Texniki Universitetinin, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan bir sıra rayon icra hakimiyyətlərinin, Mədəniyyət və Turizm idarələrinin nümayəndələri, həmçinin turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Seminarda turizm obyektlərində xidmətlərin dünya standartlarına uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub, turistlərin qarşılanmasının, yerləşdirilməsinin, qidalanmasının, turizm marşrutları üzrə gəzintilərin, əyləncələrin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin yaradılması və s. barədə ətraflı məlumat verilib, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR