Bank Of Baku

London hotelləri qiymətləri 5 dəfəyədək artırıblar

London hotelləri qiymətləri 5 dəfəyədək artırıblar
# 15 mart 2011 14:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. London hotelləri gələn il bu şəhərdə keçiriləcək Olimpiya Oyunları dövrü üçün qiymətləri 5 dəfə artırıblar. Hotel yerlərinin bahalaşması oyunlara bilet satışının başlanması ilə əlaqədardır.

«APA-Economics»in xəbərinə görə, bu gündən etibarən bütün dünyada London Olimpiya Oyunları üçün biletlərin satışına başlanır.

Bu gün satışa oyunlar üçün 6,6 mln. bilet daxil olacaq. Bununla əlaqədar olaraq London hotelləri də həmin dövr üçün qiymətləri bir neçə dəfə artırıb, eləcə də turizm agentlikləri üçün bronlaşdırma şərtlərini kəskin bahalaşdırıb. «Financial Times»in məlumatına görə, hotellərin bu addımı oyunlar zamanı bahalaşmanın qarşısını almaq üçün göstərilən səyləri heçə endirə bilər.

Turizm agentlərinin sözlərinə görə, Londondakı 4 ulduz hotellərdən biri adı vaxtlarda 200 funta (320 dollar) təklif etdiyi otağın Olimpiada vaxtı üçün qiymətini 1100 funta (1765 dollar) qaldırıb. Başqa bir 4 ulduz hotelin qiyməti adi vaxtdakı 131 funtdan Olimpiada vaxtı üçün 297 funta, digərində 142-funtdan 266 funta qalxıb. 3 ulduzlu hotellərdə isə qiymətlər olimpiya dövrü üçün 2-3 dəfə artıb.

Hotellərin bronlaşdırılması şərtləri də ciddi surətdə sərtləşib. Əvvəllər brondan cəriməsiz imtina etmək mümkün idisə, Olimpiya dövründə imtina üçün sifarişin məbləği qədər cərimə ödəniləcək. Hotellərin bir hissəsi bron üçün ödənişin 70%-ni 2011-ci il sentyabrın sonunadək, qalan hissəni isə 2012-ci il yanvarın sonunadək ödəməyi tələb edir. Turizm operatorları artıq bu vəziyyətdən narazılıqlarını bildirərək hotelyerləri olimpiya dövründə ədalətli qiymətlərə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR