Fuad Ələsgərov: “Bundan sonra Azərbaycana gəlmək istəyən turistlərin viza alması asanlaşacaq” – MÜSAHİBƏ
- Fuad müəllim, 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunması ilə əlaqədar miqrasiya sahəsində nə kimi tədbirlərin görülməsi nəzərdə tutulur?
- Məlum olduğu kimi, 2011-ci il fevralın 15 - də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamın məqsədi ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasıdır. Sərəncamda Nazirlər Kabinetinə tədbirlər planının hazırlanması tapşırığı verilib. Eyni zamanda, prezidentinin tapşırığına əsasən, həmin sərəncamın və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 2007-ci il 28 iyul tarixli sərəncamın icrası çərçivəsində Azərbaycanda turizmin inkişaf etdirilməsi, turistlərə vizaların verilməsi qaydalarının sadələşdirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədilə müvafiq Qanun layihəsi hazırlanaraq, Milli Məclisinə təqdim edilib.
- Mümkündürsə, qanun layihəsinin mahiyyəti barədə məlumat verərdiniz...
- Qanun layihəsinə əsasən, bundan sonra turistlərin turizm şirkətləri vasitəsilə viza alması asanlaşacaq. Belə ki, turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) birbaşa əcnəbilərin yaşadığı ölkədəki Azərbaycan səfirliklərinə və konsulluqlarına, Azərbaycan səfirlikləri və konsulluqları olmayan ölkələrdə yaşayan əcnəbilər üçün isə üçüncü ölkələrdə Azərbaycanın səfirliklərinə və konsulluqlarına müraciət edə biləcəklər. Vizalar elektron formada tərtib ediləcək və sorğu edən turizm şirkətinin elektron poçt ünvanına göndəriləcək. Elektron qaydada verilən viza pasporta yapışdırılmayacaq və sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunacaq. Qeyd olunmalıdır ki, Azərbaycanın xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqları "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulub və onlar tərəfindən viza verilməsi üçün tələb olunan zəruri məlumatların əldə edilməsi təmin olunub.
Turizm şirkətləri üçün müəyyən edilmiş digər bir imkan viza almaq üçün sənədlərin poçt vasitəsilə Azərbaycanın səfirliklərinə və konsulluqlarına göndərilməsidir. Bu halda viza rəsmiləşdirilərək, şəxsin pasportu və digər sənədləri (səfirlikdə və ya konsulluqda qalmalı sənədlər istisna olmaqla) poçt vasitəsilə turizm şirkətlərinə qaytarılacaq.
- Turist vizası üçün təqdim olunan sənədlərin siyahısında və ya müraciətlərə baxılması müddətlərində dəyişiklər ediləcəkmi?
- Qanun layihəsində səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiq edən sənədlər müəyyən edilib. Bunlar - turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiq edən sənədlərdir. Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizənin forması və dövlət rüsumunun məbləği barədə, habelə digər məlumatlar Xarici İşlər Nazirliyinin, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdiriləcək. Layihədə turistlərə viza verilməsi üçün müraciətlərə ən gec 15 gün müddətində baxılması nəzərdə tutulur. Yeni qaydalara əsasən, verilən turist vizası 30 günədək ölkədə qalmaq imkanı verəcək.
- Bu yaxınlarda vizaların rəsmiləşdirilməsi ilə bağlı daha bir sənəd qəbul edilib. Yeni qanun layihəsinin həmin sənədlə hər hansı əlaqəsi varmı?
- 2010-cu il sentyabrın 13-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərman imzalanıb. Həmin fərmanla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza almaq üçün ərizə ilə birbaşa Xarici İşlər Nazirliyinə (o cümlədən, beynəlxalq hava limanlarında) müraciət etdiyi hallar müəyyən edilib. Bu fərman qüvvədədir və dövlət orqanları tərəfindən uğurla tətbiq edilir. Yeni qanun layihəsi isə qeyd etdiyimiz kimi turistlərə viza rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsinə yönəlmişdir. Turistlərə Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmur.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik
Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS