Bank Of Baku

“Turizm-informasiya nişanları” və “Çoxqatlı qoruyucu şüşələr” üzrə standartlar təsdiq edilib

“Turizm-informasiya nişanları” və “Çoxqatlı qoruyucu şüşələr” üzrə standartlar təsdiq edilib
# 17 mart 2011 13:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Turizm-informasiya nişanları” dövlət standartını təsdiqləyib. Komitənin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu standartlara turizm resurslarının, yəni təbiət, sosial-mədəni obyektlər, o cümlədən daşınmaz maddi tarix-mədəniyyət dəyərlərinin göstərilməsi üçün nəzərdə tutulmuş turizm-informasiya simvollarından ibarət informasiyanın daşıyıcısı olan turizm-informasiya nişanlarına aiddir.

Eyni qaydalar mehmanxanalar, turistlərin yerləşməsi üçün nəzərdə tutulmuş tikililər, nəqliyyat xidməti obyektləri, ictimai iaşə obyektləri, əyləncə obyektləri və vasitələri, idrak, sağlamlıq, işgüzar, idman və digər təyinatlı obyektlərə də aiddir.

Komitənin təsdiqlədiyi “Çoxqatlı qoruyucu şüşələr. Ümumi texniki şərtlər” standartı nəqliyyat vasitələrində, insan həyatı və maddi dəyərlərin qorunmasına ehtiyac olan inzibati, ictimai və yaşayış binalarında istifadə olunan və insan həyatının qorunmasının, eləcə də maddi dəyərlərin saxlanması və daşınması zamanı təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulan çoxqatlı qoruyucu şüşələrə şamil edilir.

Bundan başqa komitə “Dəmir yolu üçün texniki qaydalar. Beton rels yolu üçün şpallar və dayaqlar. Hissə 1: Ümumi tələblər”, “Dəmir yolu üçün texniki qaydalar. Beton rels yolu üçün şpallar və dayaqlar. Hissə 2: Əvvəlcədən gərginləşdirilmiş tək bloklu şpallar” Dövlət standartlarını da təsdiq edib.

Eləcə də, komitə sədrinin əmri ilə dövlətlərarası standartlaşdırma üzrə tövsiyə Azərbaycan Respublikası ərazisində tətbiq edilib. Sənədlərin tətbiq vaxtı 1 aprel 2011-ci il tarixindən müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR