Bank Of Baku

Şimali Afrikanın nüfuzlu «Tourisme» jurnalında Azərbaycan haqqında məqalə dərc olunub

Şimali Afrikanın nüfuzlu «Tourisme» jurnalında Azərbaycan haqqında məqalə dərc olunub
# 19 mart 2011 13:29 (UTC +04:00)
Bakı – APA. Şimali Afrika regionunun «Tourisme» nüfuzlu fransızdilli jurnalında Azərbaycanın turizm imkanları və mədəniyyəti haqqında ətraflı məqalə dərc olunub. Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən məlumata görə, məqalə Əlcəzair və Böyük Britaniya vətəndaşlığı olan jurnalist və tədqiqatçı Fadela Börd tərəfindən hazırlanıb.

Azərbaycanda gördükləri barəsində yazan F.Börd məqalədə ölkəmizə səfərinin Fəxri xiyaban və Şəhidlər xiyabanından başladığını qeyd edərək, «küləklər şəhəri» adlanan Bakıda müxtəlif tarixi dövrlərdə müasir tipli binaların tikilməsinə baxmayaraq, İçəri şəhər və Şirvanşahlar saray kompleksinin özünəməxsusluğunun qorunub saxlandığını, hökumətin milli irsin qorunması naminə muzeylərin yaradılması və bərpası istiqamətində gördüyü işlərin yüksək təqdirə layiq olduğunu vurğulayıb.

Qatarla Şəkiyə səfərin ayrıca bir macəra olduğunu yazan F.Börd səhər gözləri qarşısında açılan mənzərədən, xüsusilə yaşıl otlaqlar, dağlar və s. gözəlliklərdən valeh olduğunu qeyd edərək, şəhərin zəngin tarixi irsi və mədəniyyətini peşəkar jurnalist və elmi-tədqiqatçı gözü ilə təsvir edib. Müəllif məqalədə Qəbələ və Lahıcın da özünəməxsus gözəllikləri və tarixi-mədəni irsi barəsində ətraflı məlumat verərək, Bakıya qədər olan yol boyunca gördüyü təbii mənzərələri ətraflı təsvir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR