Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri Dünya Turizm Sammitində iştirak edəcək

Azərbaycanın mədəniyyət və turizm naziri Dünya Turizm Sammitində iştirak edəcək
# 29 mart 2011 08:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA-Economics. 28-30 aprel tarixlərində Bakı Sərgi Salonunda Azərbaycan Beynəlxalq Sərgisi və II Daxili Turizm Sərgisi keçiriləcək. Bu barədə APA-ya mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu sərgilərdə iştirak etmək üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən Ümumdünya Turizm Təşkilatının (ÜTT) səlahiyyətli nümayəndəsi Bakıya dəvət olunub.

Məlumatda bildirilib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 17-dən 19-na kimi ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək Dünya Turizm Sammitində iştirak edəcək. Ə.Qarayevin sammit çərçivəsində ÜTT-nın baş katibi ilə də görüşü planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR