Bank Of Baku

Azərbaycana gələn əcnəbilərə vizaların verilməsi qaydaları sadələşdiriləcək

Azərbaycana gələn əcnəbilərə vizaların verilməsi qaydaları sadələşdiriləcək
# 01 aprel 2011 09:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilərə vizaların verilməsi qaydaları sadələşdiriləcək. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə İnsan haqları komitələrinin birgə iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər və əlavələr barədə danışan Ə. Hüseynli bildirib ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə təkliflər layihəsi daxil olub. Komitə sədri deyib ki, qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklər əcnəbilərin turizm şirkətləri vasitəsilə viza almasını asanlaşdıracaq. Bu, elektron vizaların tətbiqinə də imkan verəcək.

Əlavələrə əsasən turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) müraciət edə bilər. Bunun üçün əcnəbilərin yaşadığı ölkədəki Azərbaycanın diplomatik nümayəndəliklərinə, diplomatik nümayəndəliklər olmayan ölkələrdə isə üçüncü ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə müraciət edilməlidir.

Əlavələrdə elektron qaydada viza almaq üçün gərəkli olan sənədlər də göstərilib. Turistlərə viza verilməsi üçün ərizələrə müraciət edildiyi gündən ən geci 15 iş günü keçənədək baxılacaq.

Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizənin forması və dövlət rüsumunun məbləği Azərbaycanın diplomatik nümayəndəliklərinin internet saytlarında yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR