Bank Of Baku

Azərbaycana gələn əcnəbilərə vizaların verilməsi qaydalarının sadələşdirilməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Azərbaycana gələn əcnəbilərə vizaların verilməsi qaydalarının sadələşdirilməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
# 01 aprel 2011 10:15 (UTC +04:00)
APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə İnsan haqları komitələrinin birgə iclasında çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklərin əcnəbilərin turizm şirkətləri vasitəsilə viza almasını asanlaşdıracağını, bunun elektron vizaların tətbiqinə də imkan verəcəyini bildirib: “Elektron variantda sənədlərin təqdim olunması bu sahədə problemləri həll edəcək”.

Ə. Hüseynli deyib ki, Azərbaycanın xarici ölkələrdə, o cümlədən bir sıra Latın Amerikası ölkələrində və İraqda da səfirlikləri açılacaq.

İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova isə bildirib ki, viza verilməsi qaydalarının sadələşdirilməsi müsbət hal olsa da, dövlətin təhlükəsizliyi üçün bu məsələlər, xüsusilə də turizm şirkətlərinin fəaliyyəti daim diqqətdə saxlanılmalıdır. Komitə sədri deyib ki, tibbi turizm məqsədi ilə gələnlər üçün ümumi turizm üçün müəyyənləşdirilmiş 30 günlük müddət azdır. Buna görə də Avropa ölkələrində tətbiq olunan əlavə 15 gün, həmçinin Azərbaycan sahillərində dayanan gəmilərdəki əcnəbi dənizçilərin şəhərə çıxması üçün viza verilməsi də Azərbaycan qanunvericiliyində əksini tapmalıdır.

Əlavə və dəyişikliklər müzakirələrdən sonra parlamentin iclasına tövsiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR