Şahdağ Qış-Yay Turizm Kompleksinə 2 mlrd. dollar investisiya qoyulacaq
Layihəyə görə, Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisində 10-12 otel, qolf klub, 160-180 kottec olacaq, akva-park və digər obyektlər (işçilərin yaşaması üçün yerlər, avtomobil dayanacaqları, texniki işlərin aparıldığı emalatxanalar və s.) olacaq. Mehmanxanaların minimum 3 ulduzlu olması nəzərdə tutulur.
Şöbə müdirinin dediyinə görə, kompleksə sərmayə qoymaq istəyən investorlara ümumi plana uyğun olaraq obyektin ümumi eskiz layihəsi verilir: «Burda obyektin görünüşü, digər göstəriciləri, o cümlədən hansı səviyyəli olması qeyd olunur, yəni burda göstəriləcək xidmətlərin səviyyəsi razılaşdırılır». Tikinti işlərinə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, eləcə də kompleksin rəhbərliyi nəzarət edir. Nazirlik hazırda kompleksdə tikilən hotelin ilin sonunadək hazır olacağına ümid edir.
Turizm kompleksini layihədə nəzərdə tutulan həddə gətirmək üçün bura 2 mlrd. dollardan çox investisiya qoyuluşu tələb olunur: «Prosesin özü isə azı 6-7 il davam edəcək. İndiyədək görülən işlər bütünlüklə dövlət vəsaiti hesabına aparılıb. Bundan sonra isə kompleksə özəl investisiyalar cəlb ediləcək».
Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyevin də kompleksin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak edərkən investorları bu kompleksə investisiya qoymağa dəvət edib: «Mən ümid edirəm ki, gələcək illərdə burada əlavə investisiyalar qoyulacaq. Birinci mərhələdə bütün investisiyalar dövlət tərəfindən qoyulur. Yollar, elektrik, qaz, su xətləri dövlət tərəfindən çəkilir. Bütün infrastruktur, birinci mehmanxana dövlət hesabına tikilir. Çox ümid edirəm ki, bundan sonra özəl sektor, investorlar və yerli iş adamları da bu gözəl bölgəyə sərmayə qoyacaqlar».
Şahdağ Qış-Yay Turizm Kompleksində qısamüddətli, hətta bir günlük istirahət etmək də mümkün olacaq. İstəyənlər bura yalnız xizək sürmək üçün bir günlüyə də gələ biləcəklər. R.Abdulalimovun sözlərinə görə, kompleksdəki qiymətlər burda müxtəlif səviyyəli insanların istirahətinə və idmanla məşğul olmasına imkan verəcək: «Bura müxtəlif insanlar gələ biləcək, daha dəqiqi, iqtisadi imkanları orta və ondan yuxarı olanlar».
Kompleksin müştərilərinin əksəriyyətinin xarici turistlər olacağı gözlənilir. Şöbə müdirinin sözlərinə görə, Azərbaycan bu turizm kompleksinə Türkiyə, İran, Rusiya, Çin, Hindistan, MDB və ərəb ölkələrindən turistləri cəlb etməyə ümid edir.
Qeyd edək ki, qış istirahət kompleksləri qonşu ölkələrdə - Gürcüstan, Türkiyə, Rusiya, hətta Ermənistanda da mövcuddur. R.Abdulalimovun sözlərinə görə, Şahdağ kompleksi qonşu ölkələrlə rəqabət aparmaq iqtidarında olacaq: “Bizdə kompleksin layihəsini İsveçrə və Avstriya mütəxəssisləri hazırlayıb, burdakı xidmətlərin səviyyəsi həmin ölkələrdəki kimi olacaq. Yəni qurğular və xidmətlərin səviyyəsi qonşu ölkələrdən qat-qat yüksək olacaq. Qiymətlər də buna uyğun müəyyənləşdiriləcək”.
Xatırladaq ki, Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanıb. Fevralın 27-də Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışı olub.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik