Bank Of Baku

Tiflisdə GUAM ölkələrinin turizm üzrə işçi qruplarının görüşü keçirilib

Tiflisdə GUAM ölkələrinin turizm üzrə işçi qruplarının görüşü keçirilib
# 13 aprel 2011 12:06 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflis (Gürcüstan) şəhərindəki “Redisson” mehmanxanasında GUAM ölkələrinin turizm üzrə işçi qruplarının görüşü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə “GUAM ölkələrinin Yaponiya ilə turizm əlaqələrinin inkişaf etdirilməsi üzrə tədbirlər planı” müzakirə edilib. Görüşdə Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın turizm qurumlarının, o cümlədən “İmprotex” şirkətinin nümayəndələri iştirak edib.

GUAM nümayəndələrinin turizm sahəsində əməkdaşlığı istiqamətində baş tutan görüşdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev təmsil edib.

Qeyd edək ki, sabah Tiflisdə GUAM ölkələrinin iştirakı ilə 13-cü beynəlxalq “EXPO-2011” adlı sərgi işə başlayacaq. Üç gün davam edəcək sərgi zamanı müxtəlif tədbirlər və “Turizmdə innovasiya” mövzusunda konfrans keçirilməsi planlaşdırılıb. Sərgiyə GUAM ölkələri ilə bərabər, Türkiyə və Belarusun turizm departamentlərinin nümayəndələri də qatılacaqlar. Sərgi çərçivəsində 55 turizm stendində 180 turizm şirkətinin və komplekslərinin turizm xidmətini əks etdirən materiallar təqdim olunacaq. Sərgidə Gürcüstanın turizm regionları da özlərini təqdim edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR