Bank Of Baku

Azərbaycanda turizmlə bağlı qanunlar qəbul olunacaq

Azərbaycanda turizmlə bağlı qanunlar qəbul olunacaq
# 20 aprel 2011 13:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı bir sıra yeni sahəvi qanunların qəbulu nəzərdə tutulur. Bu barədə APA-ya Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib.

N. Cəfərov deyib ki, bu istiqamətdə artıq bir sıra təkliflər var: “Biz ayrı-ayrı turizm bölgələri, qoruq abidələr və s. ilə bağlı qanunlar qəbul etmək niyyətindəyik”.

Komitə sədri bildirib ki, bu çərçivədə hazırlanan qanunlar konkret sahələri və obyektləri əhatə edəcək. Məsələn, Bakı, Qobustan Göygöl və s. bölgələrin turizm imkanlarına dair ayrıca qanunlar qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR